Hakimlərin Seçki Komitəsinin sədri: "Qarabağ Universitetinin Hüquq Olimpiadasında təmsil olunması sevindiricidir"

"Bu yarışma mənim üçün xüsusi əhəmiyyəti var. Çünki yarışma həm də biliyin ifadəsi deməkdir. Təhsil almaq, oxumaq böyük zəhmət tələb edir. Ağır zəhmətdən sonra mənimsənilən bilikləri nümayiş etdirmək çox vacibdir. Buna görə yarışmanı təşkil edənlərə öz dərin minnətdarlığımı bildirirəm".

E-huquq.az xəbər verir ki, bunu Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Vəkillər Kollegiyasının və Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasında deyib.

V.Cəfərov Qarabağ Universitetinin də yarışda təmsil olunmasını sevindirici hal kimi qiymətləndirib: "Bu gün Qarabağ Universiteti də bu yarışmada iştirak edir. Qarabağ Universitetinin gələcəkdə ölkənin ən güclü universitetlərindən birinə çevrilməsi üçün əlimizdən gələni etməliyik. Bu, bizim mənəvi borcumuzdur".

Şəbnəm Mehdizadə