- 14:01 | 25.11.2024
- Dünya
İndoneziyanın Sumatra adasında baş verən sel və torpaq sürüşmələri nəticəsində 16 nəfər həyatını itirib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) rəsmisi Juspri M. Nadeak məlumat verib.
Nadeak leysan yağışların səbəb olduğu torpaq sürüşmələrinin bir çox bölgələrdə evləri uçurduğunu, təsərrüfatları məhv etdiyini bildirib.
O, 6 nəfərin itkin düşdüyünü vurğulayıb.
Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Şəbnəm Mehdizadə