- 23 noy 2024 17:14
- Dünya
Pakistanın Hayber Paxtunxva əyalətində bombalı hücum nəticəsində 2 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir , əyalətin Bacaur bölgəsində iki ayrı bombalı hücum həyata keçirilib.
Bombalı hücumlar nəticəsində biri polis və bir mülki şəxs olmaqla iki nəfər həyatını itirib.
Digər tərəfdən, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində baş verən qarşıdurmalarda 7 silahlı öldürülüb.
Xatırladaq ki, noyabrın 21-də Hayber-Paxtunxva əyalətində şiə müsəlmanlarını daşıyan avtomobilə silahlı hücum nəticəsində 42 nəfər həyatını itirib.
Qeyd edək ki, 2024-cü ilin 10 ayı ərzində Pakistanda 785 terror aktı baş verib, nəticədə 951 nəfər ölüb, 966 nəfər yaralanıb. Ölkənin xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları tez-tez baş verir.
Şəbnəm Mehdizadə