- 23 noy 2024 16:53
- Məhkəmə
"Azəri-Med" QSC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, QSC min beş yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə