Alimlər tarixdə məlum olan ən qədim əlifbanı kəşf ediblər

Alimlər qədim qəbirlərdən çıxarılan gil silindrlər üzərində həkk olunmuş yazıların bəşər tarixində məlum olan ən qədim əlifbaya aid olduğunu müəyyən eiblər.

E-huquq.az “Science Daily” jurnalına istinadən xəbər verir kiŞ alimlər Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marrada qədim məzarlarda arxeoloji qazıntılar aparıblar.

Əsası ilk tunc dövrünə aid olan bu qəbirləri qazan tədqiqatçılar qızıl və gümüş zinət əşyaları, 6 skelet, saxsı qablar və nizə ucu, həmçinin üzərində həkk olunmuş yazılar olan 4 barmaq uzunluğunda gil silindr aşkar ediblər.

Cons Hopkins Universitetinin arxeologiya professoru və qazıntıları aparan tədqiqat qrupunun üzvü Glenn Schwartz bildirib ki, tarixi radiokarbon təyini ilə təsdiqlənən yazılar eramızdan əvvəl e.ə. 2400-cü illərə aiddir.

Bu yazıların digər məlum əlifba sistemlərindən təxminən 500 il daha yaşlı olduğunu qeyd edən Schwartz, bu kəşfin əlifbanın eramızdan əvvəl 1900-cü ildən sonra Misirdə və ya onun ətrafında icad edildiyi inancını dəyişdirəcəyini söyləyib.

Aşkar edilən silindrlər üzərindəki yazıların və məzardan çıxarılan əşyaların haradan gəldiyi və ya kimə aid olması məlum deyil.

Şəbnəm Mehdizadə