- 18:12 | 21.11.2024
- Məhkəmə
"Arkoz Metal Konstruksiyalar Zavodu" MMC məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, Naxçıvan Şəhər Vergilər İdarəsi zavoda qarşı iddia qaldırıb. İşin mahiyyəti açıqlanmayıb.
İddia Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində hakim Hicran Muradovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Şəbnəm Mehdizadə