Ödəmə terminalından oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Xırdalanda ödəmə terminalından oğurluq etməkdə təqsirləndirilən Xubaliyev Xalidin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Firuzə Kərimovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Xubaliyev Xalid Xırdalanda marketlərin birində quraşdırılmış ödəmə terminalından 550 manat oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə