- 21 noy 2024 13:55
- Dünya
Son iki ayda Livanda 190 tibb işçisi öldürülüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.
Dujarrik İsrailin hücumlarının davam etdiyi Livanda səhiyyə sektorunun ciddi zərər gördüyünü söyləyib.
İki ay ərzində 50 mühüm səhiyyə mərkəzi və 8 xəstəxana bağlanıb.
Tərəflərə beynəlxalq humanitar hüquqa hörmət edilməli olduğunu xatırladan Düjarrik, tibb personalı və səhiyyə müəssisələrinin qorunmalı deyib.
Livandakı mülki itkilərə də toxunan Düjarrik, bu qısa müddət ərzində təxminən 3 min insanın həyatını itirdiyini, 770 mindən çox insanın isə didərgin düşdüyünü qeyd edib.
Dujarrik Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesabatlarına da istinad edərək, eyni dövrdə İsrailin hücumları nəticəsində 200-dən çox uşağın öldürüldüyünü vurğulayıb.
Şəbnəm Mehdizadə