- 18 noy 2024 22:26
- Hadisə
Biləsuvarda silahla ehtiyatsızlıq ölümə səbəb olub.
E-huquq.az xəbər verir ki, hadisə Biləsuvar rayonun Ağalıkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1990–cı il təvəllüdlü Mətləb Famil oğlu Nəhmədov yaşadıqları evdə ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.
İlkin ehtimala əsasən, onun ölümünə səbəb olaraq ov tüfəngi ilə ehtiyatsız davranması göstərilir.
Faktla bağlı araşdırma aparılır.