- 12:04 | 18.11.2024
- Vəkillik
Məlum olduğu ki, 2025-ci il dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının xərcləri ilə bağlı 3 milyard 205,1 milyon manat ayrılması nəzərdə tutulur.
E-huquq.az xəbər verir ki, bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.
Sənəddə qeyd edilib ki, dövlət büdcəsindən hüquqi yardımla bağlı 6 milyon 61 min manat ayrılacaq.
Qeyd edək ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq, 2020-ci ildən başlayaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqqın ödənilməsi məqsədilə nəzərdə tutulan vəsaitin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən birbaşa Vəkillər Kollegiyasına ayrılması təmin edilir. Ötən il dövlət büdcəsindən Kollegiyaya 5 milyon 500 min manat vəsaitin ayrılması təmin edilib.