İranda mədən çöküb, ölən və yaralılar var

İranın Gülüstan əyalətində mədən çöküb.

E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, əyalətin Azadşəhr rayonunda şaxtanın çökməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Gülüstan Qızıl Aypara Cəmiyyətinin prezidenti Qassim Gharib Abadi yaralıların vəziyyətinin yaxşı olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə