Oğurluqda təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılır

Cəlilabadda oğurluq etməkdə təqsirləndirilən Ramil Sadiqov və Raul Quliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Osman Vəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 26-n təyin olunub.  

Qeyd edək ki, əvvəllər mhkum olunmuş Ramil Sadiqov və Raul Quliyev ayrı-ayrı vaxtlarda örüş sahələrində Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camış oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə