Vəkillər Zəfər Günü münasibətilə keçirilən şahmat oyununun qalibi oldu - FOTO

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) birgə Tədbirlər Planına uyğun olaraq ARVK ilə PX əməkdaşları arasında şahmat üzrə dostluq matçı keçirilib.

E-huquq.az xəbər verir ki, yarışın təşkil olunmasında məqsəd ölkədə həvəskar şahmat idman növünün inkişafına dəstək göstərmək, hüquq ictimaiyyətinin şahmata olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaradaraq qiymətləndirilməsindən ibarətdir.

Gərgin mübarizə və yaradıcılıq ruhunda keçirilən görüş vəkillərdən ibarət yığma komandanın qələbəsi ilə yekunlaşıb.

Sonda qalib komanda üzvlərinə xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, hər iki qurumdan 8 iştirakçı qatılıb. Vəkillərdən ibarət yığma komandanın heyətində ARVK-nın üzvləri - Elşən Səfərov, Aydın Ələkbərov, Camal Əliyev, Sənan Süleymanlı, Tahir Əliyev, Elyar Həsənov, Əli Həsrətov və Qulam İsmayılzadə yer alıb.