İsrail Ordusu şərqdən buraxılmış PUA-nı ələ keçirib

İsrailin Hərbi Hava Qüvvələri şərqdən gələn pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

E-huquq.az-ın məlumatına görə, bu barədə İsrail Odusunun Mətbuat xidməti xəbər yayıb.

Hərbi mənbələrin məlumatına görə, PUA İsrailin hava məkanına daxil olmazdan əvvəl vurulub.

Bundan əvvəl İsrailin şimal bölgəsində, Ramat-Maqşimiim yaşayış məntəqəsi yaxınlığında hava təhlükəsi siqnallarının işə düşdüyü bildirilib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.