- 15:09 | 08.11.2024
- Vəkillik
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətlərilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
E-huquq.az xəbər verir ki, noyabrın 7-də Bakı şəhərində “Pro Bono”, Mərkəz” 5 saylı, 7 saylı, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Büroları (VB) Abşeron rayon VB, Naxçıvan şəhər VB, Gəncə şəhər 1 saylı VB, Şəki Regional VB, Şirvan Regional VB, Mingəçevirdə “Konsensus” VB, o cümlədən Quba, Qusar, Şəmkir və Cəlilabad rayon VB-lərin vəkilləri tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.
Aksiyada vəkillər tərəfindən ümumilikdə 100-dən artıq vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.