Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Baş prokuror Zakir Qaralov vəkillərin fəaliyyətindən danışdı

"Son illər Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə əlaqədar vəkillik institutunun da təkmilləşdirilməsi istinqamətində mühüm işlər görülüb".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov deyib. 

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar vəkillik institutunun müasir dövrün tələbləri və beynəlxalq standartlara uyğun təşkil edilməsinə, regionlarda hüquq infrastrukturunun genişlənməsinə və vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərilməsinə xidmət edəcək: “Vətəndaşların hüquqlarını qorumaq üçün dövlət qayğısına ehtiyacı olan, aztəmaniatlı ailələrə Vəkillər Kollegiyası tərəfindən hüquqi yardımın göstəilməsi ilə bağlı fəaliyyətin genişlənməsi dövlətin sosial yönümlü siyasətinə dəstək verəcək. Ümid edirik ki, islahatlar ölkəmizdə vəkillik fəaliyyətinin qabaqcıl ölkələrin praktikasına və beynəlxalq səviyyədə qəbul edilmiş normalara uyğun olaraq həyata keçirilməsinə təkan verəcək”. 

Baş prokuror Vəkillər Kollegiyası ilə prokurorluq orqanları arasında korrupsiyaya qarşı birgə əməkdaşlıq məsələsinə də toxunub: “Qeyd etmək istəyirəm ki, istər ibtidai istintaq, istərsə də məhkəmələrdə dövlət ittihamının müdafiəsi zamanı sıx təmasda olan prokurorluq əməkdaşları və vəkillərin əsas məqsədi fiziki və hüquqi şəxslərin qanunla qorunan mənafelərinin müdafiə edilməsi, onlara yüksək səviyyəli hüquqi yardımın göstərilməsini təmin etmək, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqları ilə bağlı beynəlxalq prinsiplərin tətbiqinə xidmət etməkdir. Məhz həmin məqsədlərə nail olmaq üçün cari ilin iyul ayında Vəkillər Kollegiyası ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiyaya qarşı birlikdə mübarizə ilə bağlı anlaşma memorandumu imzalanıb. Əminəm ki, qarşılıqlı əməkdaşlığımız bundan sonra da ədalət mühakiməsinin effetivliyinin artırılmasına xidmət edəcək”.