Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Yevlaxda arvadını qətlə yetirən şəxsin məhkəməsi başladı

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlax rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saday Sadıqovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

E-huquq.az xəbər verir ki, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 26-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 14-də Yevlax rayonunun Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini, 30 yaşlı S.Sadıqov həyat yoldaşı, 29 yaşlı Vəfa Abışovanı öz doğmalarının gözü qarşısında bıçaqlayıb.

Ağır yaralanan qadın dayısı evinə qaçıb uzaqlaşsa da, xeyli qan itirdiyindən orada ölüb.

Məlumata görə, hadisə baş verməzdən bir neçə gün əvvəl atası evinə gələn V.Abışova ilə həyat yoldaşı arasında mübahisələr yaranıb. Mərhumun anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib.

S.Abışovanın dediyinə görə, sonuncu dəfə düşən mübahisəyə isə S.Sadıqovun ailəyə məxsus qoyunları satması səbəb olub. Xatırladaq ki, qətlə yetirlən qadın iki oğul anasıdır. Hadisəni törədən S.Sadıqov isə polis tərəfindən saxlanılıb.