Mirzayev&Partners
    19 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Xəzər rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranıb

Xəzər rayonunda 450 abonentin təbii qaz təchizatında müvəqqəti fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, yanvarın 13-də Xəzər rayonunun Zirə Südçülük ərazisində yük avtomobili ilə diametri 108 millimetr olan qaz xəttini vuraraq tamamilə yararsız hala salıblar. Qəzanı törədən avtomobil qırılan qaz xətlərini yerləşdiyi yerdən 20 metr kənar məsafəyə sürüyərək aparıb. Hazırda 450 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bundan başqa, bu gün Şəmkir rayonunun Sabirkənd ərazisində də eyni diametrdə olan qaz xəttini kranla vuraraq qırıblar. Sözügedən ərazidə 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.