Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Xələf Xələfov: "Gürcüstanla sərhəddin dəqiqləşdirilməsi üzrə müzakirələr davam edir"

"Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək: "Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınacan davam edəcək. Biz ekspertləri dinləyib noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik".

Mənbə: Report