Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Xaçmaz RPŞ-nin rəis müavini işdən çıxarıldı

Xaçmaz rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

E-huquq.az xəbər verir ki, şöbənin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Bundan başqa, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılıb.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov sərəncama göndərilib. Xızı RPŞ-nin rəisi Həmid Həsənov isə Xaçmaz RPŞ-nin rəisi təyin olunub.

Mənbə: APA