Mirzayev&Partners
    12 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Samux Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

E-huquq.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Cavid Məmmədov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, C.Məmmədov bundan əvvəl Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili işləyib. 

Mənbə: Report