Mirzayev&Partners
    22 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Vilayət Eyvazovdan daha bir əmr - Polkovnik işdən çıxarıldı

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir islahata imza atıb.

E-huquq.az xəbər verir ki, nazirin əmri ilə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazov da işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib.

Mənbə: Avtosfer