Mirzayev&Partners
    19 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib.

E-huquq.az-ın məlumatına görə, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb.

Məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R. Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.

Xatırladaq ki, bir neçə gün öncə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, idarənin rəis müavini, polkovnik Rəşadət Babayev isə tutduğu vəzifədən azad edilib.