Mirzayev&Partners
    24 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev vəzifəsindən azad edilərək Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətlidir) rəisi təyin olunub.

E-huquq.az xəbər verir ki, DİN-in Mətbuat Xitməti faktı təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov isə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub. 

Mənbə: Report