Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, nazir müraciətində polis-vətəndaş münasibətlərinə toxunub: "Vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir".