Mirzayev&Partners
    12 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Masallıda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Masallı Rayon Məhkəməsində (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti, 87) saat 11:00 başlanacaq. Vətəndaşlar qəbula Ali Məhkəmədə, Masallı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455485 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.