Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ali Məhkəməsinin Cinayət  kollegiyasının sədri Şahin Yusifov Qəbələdə vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, qəbulun vaxtı dəyişdirilərək  29 noyabra təyin olunub.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Qəbələ Rayon Məhkəməsində (ünvan: Qəbələ şəhəri, İ.Nəsimi küç., 67) saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Qəbələ Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.