Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızı unutmayaq, unutdurmayaq!

20 Yanvar Azərbaycanın tarixinə əbədi həkk olunmuş bir gündür. 

E-huquq.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində yanvarın 20-də övladları ilə Şəhidlər xiyabanına ziyarətə gələn Sveta Rüstəmova deyib. O bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən öz müstəqilliyinə, azadlığına qovuşmaq istəyən yüzlərlə günahsız insan - qadın, qoca və uşaq vəhşicəsinə qətlə yetirilib. Azərbaycanın vətənpərvər övladları özlərini tankın, zirehli maşınların qarşısına ataraq, şəhidlik zirvəsinə ucalıblar. Həmin hadisələr yaddaşımızda daim qalacaq. İllər ötsə də, xalqımız azadlıq mücahidlərini heç vaxt unutmayacaq.

“Biz çalışmalıyıq ki, gələcək nəsillərə tariximiz haqqında ətraflı məlumat verək. Nəinki 20 Yanvar şəhidlərini, eyni zamanda, Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızı unutmayaq, unutdurmayaq!”, – deyə Sveta Rüstəmova qeyd edib.

CoronaVirus CoronaVirus