Mirzayev&Partners
    19 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Vergi Məcəlləsinə dəyişikliklər qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər əhatəsinə, miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.

Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur ki, dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxununşda qəbul edilib.