Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

"Vəkil qanunu özbaşınalıqdan qoruyur" - Ramiz Rzayev

"Müstəqil fəaliyyətini qanuni əsasda həyata keçirən vəkillər məhkəmə hakimiyyətinin müstəqilliyinin dəstəklənməsinə mühüm təsir göstərir. Son dövrlərdə Azərbaycanda vəkillik institutunun inkişafı ilə bağlı keçirilən islahatlar, vəkillərin sayının kifayət qədər artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi öz bəhrəsini verməkdədir. Biz inanırıq ki, Azərbaycanda vəkillik institutu inkişaf edərək insan hüquq və azadlıqlarını təminatında özünün layiqli töhfəsini verəcək”.

E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində keçirilən “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Azərbaycanda vəkilliyin tarixindən danışan R.Rzayev bildirib ki, 100 il bundan əvvəl Azərbaycan Demokratik Respublikasında vəkillik institutu yaradılıb: “Bu, unudulmaz tarix, möhtəşəm yubileydir. 1918-ci ildə Şərqin ilk demoratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin təsis sənədi İstiqlal Bəyannaməsində vətəndaşların siyasi və vətəndaş hüququnun təmin edildiyi bəyan edilib. SSRİ dövründə də vəkillər öz vəzifələrini şərəflə yerinə yetiriblər”. 

Onun sözlərinə görə, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra demokratik dəyərlərə sadiq qalaraq dövlət quruculuğu yolunu davam etdirib: “Ulu öndər  Heydər Əliyev demokratik dövlət quruculuğunun müasir prinsiplərinə istinad edərək bu prinsiplərin uğurla həyata keçirilməsini təmin edib və hazırda möhtərəm cənab Prezidentin rəhbərliyi ilə də Azərbaycanda demokratik dövlət qurucluğu prosesi uğurla davam etdirilir”.

Ali Məhkəmənin sədri qeyd edib ki, vəkillik hər bir dövlətin vəndaşlarının fundamental hüquqlarının keşiyində duran mühüm institutdur: “Vəkilliyin əsas təminatı cəmiyyətdə və onun üzvlərinin hüquqi yardım göstərməsindən, hüquq və azadlıqlarının qorunmasından ibarətdir. Vəkil qanunu özbaşınalıqdan qoruyur. Ona görə də vəkilin fəaliyyəti həm konkret vətəndaşın və təşkilatın maraqlarına, həm də dövlətin və cəmiyyətin bütün hüquq maraqlarına cavab verməlidir”. 

R.Rzayev diqqətə çatdırıb ki, vəkil öz hərəkətləri ilə qanunçuluğun möhkəmləndirilməsinə, ümumilikdə əhalinin qanunçuluğa və dövlətə etibarlılığının səviyyəsini gücləndirməyə köməklik edir: “Hüquqi dövlət şəraitində vəkillik, qanun nümayəndələri vətəndaşlarda hüquq haqqında, onun cəmiyyətdə və dövlətdə rolu barədə lazımi təsəvvür formalaşdırmalıdır. Vəkillik vətəndaş cəmiyyətinin əsas hüquq vasitəsidir. Lakin dövlət hakimiyyəti və yerli özünüidarəetmə sisteminə daxil deyil. Ona görə də vəkillik institutu  vətəndaş cəmiyyətinin elə gözəl növü kimi çalışmalıdır ki, cəmiyyət bu özəl fəaliyyətlə ictimai, dövlət və ayrı-ayrı vətəndaşların maraqları arasında tarazlığı saxlasın. Vəkilliyin başlıca vəzifəsi də məhz elə bundan ibarətdir”.