Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Vəkillər Kollegiyasının sədri Beynəlxalq Hüquq Forumunda iştirak edib - VİDEO

14-18 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində IX Beynəlxalq Hüquq Forumu keçirilib. 

E-huquq.az-ın xəbərinə görə, forumda Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından Kollegiyanın sədri Anar Bağırov iştirak edib. 

Tədbirdə Vəkillər Kollegiyasının sədrinin bir sıra ölkələrin vəkillər kollegiyalarının, habelə ixtisaslaşmış beynəlxalq təşkilatların rəhbərləri ilə qarşılıqlı görüşləri keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov forumun vəkillik peşəsi ilə bağlı sessiyasında “Uğur qonorarının taleyi” mövzusunda çıxış edib, bu sahədə Azərbaycan təcrübəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, onların suallarını cavablandırıb. Qeyd olunan mövzu ilə bağlı həmçinin Rusiya Federasiyası Vəkillərinin Fedral Palatasının sədri Yuriy Pilipenko, İngiltərə və Uels Hüquq Cəmiyyətinin sədri xanım Bləklous Krinstin, Almaniya Vəkillərinin Federal Palatasının sədri Vessel Ulrix, Paris Vəkillər Palatasının sədri xanım Peyron Meri-Emi, Moldova Respublikası Vəkillər İttifaqının sədri Ploşnitsa Emanuil tərəfindən müvafiq ölkələrin təcrübəsinə dair məruzələrlə çıxış edilib.

Sessiyada Rusiya Federasiya ədliyyə naziri Aleksandr Konovalovun da olub. O, öz çıxışında Rusiyada peşəkar hüquqi yardımın göstərilməsi sahsəində islahatların həyata keçirilməsinin vaxtının gəlib çatdığını qeyd etmiş və bu təşəbbüsün reallaşacağına ümidlərini ifadə edib.

Bundan başqa Forum çərçivəsində Sankt-Peterburq Vəkillər Palatasının təşkilatçılığı ilə qonaq ölkələrin vəkillər kollegiyalarının rəsmiləri üçün təntənəli şam ziyafəti verilib. 

Qeyd edək ki, tədbir “Vəkillik fəaliyyətinin əsas prinsipləri haqqında” Xartiyanın imzalanmasının 3-cü ildönümünə həsr olunub.