Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Vəkillər Kollegiyasının sədri Anar Bağırova qarşı TƏXRİBAT

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun adından "facebook" sosial şəbəkəsində saxta hesab açılıb. 

E-huquq.az xəbər verir ki, bu barədə A. Bagırov özü məlumat yayıb.

O, həmin saxta hesabın bağlanması üçün artıq şikayət edildiyini deyib: "Dostlardan mənim adım və şəklimlə iki saxta profilin mövcudluğu barədə məlumat aldım və dərhal Facebook inzibatçılarına bu barədə şikayət göndərdim. Xahiş edirəm bu profillərin bağlanması üçün mənə dəstək olun və aşağıdakı iki saxta profilə daxil olub onlardan şikayət göndərin. Əvvəlcədən təşəkkür edirəm".