Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Vəkillər Kollegiyası sədrinin müşaviri Əli Qəmbərov: "Son iki ildə Azərbaycanda vəkil qurumlarının sayı artaraq 81-ə çatıb"

"Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın həyata keçirilməsi, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil qurumlarının təsis edilməsi istiqamətində Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən aparılan tədbirlər davam etdirilir". 

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyası sədrinin müşaviri Əli Qəmbərov deyib. 

Onun sözlərinə görə, son iki il ərzində Azərbaycan Respublikasının ərazisində vəkil qurumlarının sayı iki dəfə artaraq 81-ə çatıb: "Belə ki, Bakı şəhərində 25, regionlarda isə 18 vəkil qurumu təsis edilmişdir. Ümumillikdə, hal-hazırda Bakı şəhərində 48, regionlarda isə 33 vəkil bürosu fəaliyyət göstərir. Xatırladım ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində son altı ay ərzində Sumqayıt və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının iki regional qurumunun inzibati binasının təntənəli açılışı baş tutmuşdur. Qeyd olunan vəkil qurumları artıq tam həcmdə və yüksək keyfiyyətli hüquqi yardım göstərmək üçün həmin regionlarda yaşayan vətəndaşlarımızın xidmətinə verilib". 

Sədr müşaviri onu da deyib ki, respublikamızda fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə cənab Prezidentin 22.02.2018-ci il tarixli Sərəncamı əsasında dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına əksər vəkil bürolarında təmir və yenidənqurma işləri aparılıb və bu istiqamətdə görülən işlər davam etdirilməkdədir.