Mirzayev&Partners
    22 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişatı barədə məlumat verib. İclasda “Vəkillərə (müdafiəçilərə) dövlət hesabına göstərilən hüquqi yardım haqqının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” layihəsinin təkrar müzakirəsi keçirilmişdir, habelə “Vəkil idman klubuna dəstək fondu”nun təsis olunması qərara alınıb.

Daha sonra Vəkillər Kollegiyası üzvlüyünə qəbul, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, bundan başqa, Bakı şəhəri “Arbitium” Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib. İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.