Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Vəkillər arasında beynəlxalq futbol turnirinin qalibi müəyyənləşdi - FOTO - VİDEO

Azərbaycan Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə "Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri" başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, oktyabrın 3-dən 6-a qədər baş tutan turnirdə 10 ölkədən 16 komanda iştirak edib.

Turnirin yekun günündə üçüncü yer uğrunda Qazaxıstan komandası ilə İranın Təbriz komandası görüşüb. Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Qazaxıstan komandası bürünc medal qazanıb.

Daha sonra final oyunu keçirilib. Həlledici görüşdə iki Azərbaycan komandası ("Azərbaycan 1" - "Azərbaycan 2") mübarizə aparıb. Qarşılaşmada 5:1 hesabı ilə qələbə qazanan "Azərbaycan 1" komandası qızıl medala sahib olub. Qarşılaşmada Ülvi Əliyev 3, Valeh Mehrəliyevlə Ümman Ağamalıyev hərəyə 1 dəfə fərqləniblər. "Azərbaycan 2" komandasının yeganə qolunu Kazım Vəliyev vurub.

Sonda mükafatçılara turnirin təşkilatçıları tərəfindən medallar və kuboklar təqdim olunub.

Mənbə: Report