Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

"Vəkili təhqir etmək olmaz" - Hakim

Bu gün Ali Məhkəmədə maraqlı hadisə baş verib. 

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Vəfa Abdullayeva yazıb. 

Onun sözlərinə görə, Ali məhkəmədə məhkəmə proseslərində olarkən çox gözəl bir tendensiyanın şahidi olub. 

"Belə ki, məhkəmə prosesində hörmətli bir qadın vəkilimizin çıxışı zamanı zalda əyləşən vətəndaşlardan biri onu kobudcasına təhqir etdi. Lakin, maraqlısı və ürəkaçan hal ondan ibarət oldu ki, məhkəmə prosesinə sədrlik edən hakim həmin vətəndaşa "o vəkildir, vəkili təhqir etmək olmaz" deyərək sanki zalda əyləşən bütün proses iştirakçılarının diqqətinə vəkilliyin nüfuzunu, vəkilin toxunulmazlığını çatdırdı. Həmin hakimin adını çəkə bilməsəm də, ona öz adımdan həmin vəkilə, vəkilliyə münasibətinə görə dərin təşəkkürlərimi bildirirəm. Nə xoş vəkillərimizə, məhkəmə sistemində belə hakimlərimiz vardır. Ən azından qanunvericiliyimiz, bu boşluğu, yəni vəkilə hörmətsizliyə görə, məsuliyyət məsələsini tənzimləməsə də belə hallarda bu boşluğu həmin hakimlərimiz doldurur. Çox istərdim ki, qanunvericilikdə bu boşluq da aradan qalxsın", - deyə, V. Abdullayeva qeyd edib. 

CoronaVirus CoronaVirus