Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Valideynlər yeni dərs ilinin başlaması ilə əlaqədar nələrə diqqət etməlidir?

Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcəkdir.

Hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər. Niyə diqqət yetirsinlər? Bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaqla eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də belə məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir.

 

Vaqif Əsədov

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki