Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Ukrayna Prezidenti deputat toxunulmazlığının ləğvi barədə qanunu imzaladı

Ukrayna Prezidenti Vladimir Zelenski xalq deputatlarının toxunulmazlığının ləğv olunması barədə qanunu imzalayıb.

E-huquq.az Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, qanuna əsasən, Konstitusiyanın 80-ci maddəsi yeni redaksiyada verilir. Burada deputatlara toxunulmazlıq zəmanəti verilməsi, onların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilməsinə, saxlanmasına və ya həbs olunmasına qadağa qoyan müddəalar yer almayıb.

Konstitusiyanın 80-ci maddəsinə edilən digər düzəlişə əsasən, deputatlar təhqir və böhtana görə məsuliyyət istisna olmaqla, səsvermənin nəticələrinə və ya parlamentdə çıxışlarına görə hüquqi məsuliyyət daşımırlar.

Qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, Ukrayna Ali Radası sentyabrın 3-də “Ölkə Konstitusiyasının 80-ci maddəsinə dəyişiklik edilməsi barədə (xalq deputatlarının nisbi toxunulmazlığı)” qanunu ikinci oxunuşda qəbul edib. Qanunun lehinə 373 deputat səs verib.