Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Türkiyənin Ali Məhkəməsi "ədəbsiz" sözünü təhqir hesab etmir - QƏRAR

Türkiyə Ali Məhkəməsinin Cinayət Kollegiyası "ədəbsiz" sözünə görə təqsirləndirilən şəxs barəsində cəza verən hakimin hökmünü ləğv edib. 

E-huquq.az xəbər verir ki, Ankarada bir adam digərinə ədəbsiz dediyi üçün məhkəməyə verilib. Yerli məhkəmə bu ifadəni təhqir hesab edərək, cinayət məsuliyyəti daşıdığı üçün təqsirləndirilən şəxsi cəzalandırıb. 

Lakin verilən şikayət əsasında Ali Məhkəmə hökmü ləğv edib. 

Belə ki, məhkəmə qərarını "ədəbsiz" sözünün təhqir olmaması ilə əsaslandırıb. Məhkəmə hesab edib ki, ədəbsiz sözü şərəf və ləyaqəti alçaldan ifadə deyil, ağır tənqid xarakteri daşıyır. 

Buna görə də yerli məhkəmənin çıxardığı hökm ləğv edilib.