Mirzayev&Partners
    12 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Türkdilli ölkələr arasında ticarət üçün ortaq məhkəmə sistemi yaradıla bilər

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) daxil olan ölkələr arasında gömrüklə bağlı əngəllər aradan qaldırılmalıdır”.

E-huquq.az xəbər verir ki, bunu sabah Bakıda keçiriləcək TDƏŞ VII Zirvə Görüşü çərçivəsində bu gün təşkil olunmuş tükdilli ölkələrin biznes forumunda Şuranın Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcikoğlu deyib.

“TIR-ların gömrükdən keçmə müddətini azaltmalıyıq. Ümumiyyətlə, gömrük sistemi daha rahat olmalıdır. Bununla yanaşı, TDƏŞ ölkələri arasında ticarətlə bağlı yaranan problemlərin həlli üçün ortaq məhkəmə sistemi yaratmalıyıq. Xəzər dənizindən ticarətdə daha fəal şəkildə istifadə etməliyik”, - deyə o, qeyd edib. 

Mənbə: Report