Mirzayev&Partners
    22 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Tovuz rayonunun əhalisinə pulsuz hüquqi yardım göstərilib

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.

E-huquq.az xəbər verir ki, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 9 avqust tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Tovuz rayonunun əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

Vəkillər Kollegiyasının üzvü, "Kəngərli və partnyorları" Vəkil Bürosunun vəkili, professor Mayis Əliyev tərəfindən Tovuz rayon Gənclər Evində bir qrup gəncə sosial hüquqların müdafiəsi mövzusunda təlim keçilmiş, o cümlədən, 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunmuş, müvafiq məsləhətlər verilmiş, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.