Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Tanınmış telejurnalistin ATV telekanalı ilə bağlı iddiası qismən təmin edildi

Bakı Apellyasiya Məhkəməsində “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”nın (ATV) keçmiş redaktoru Jalə Əskərovanın həmin şirkətə qarşı iddiası ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Vahid Sadıqovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv edilib, iddia qismən təmin olunub.

Qeyd edək ki, ATV telekanalının keçmiş redaktoru J.Əskərova şirkəti məhkəməyə verib. Səbail Rayon Məhkəməsinə müraciət edən keçmiş redaktor əmək kitabçasında qeydlərin edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan keçmiş redaktor apellyasiya şikayəti verib.  

Xatırladaq ki, 2017-ci ilin əvvəlində ATV telekanalının redaktoru J.Əskərova Qafqaz Universitetinin tələbələrinin, guya Odlar Yurdu Universitetinə keçmək istəməsi ilə bağlı hazırlanan sujetə görə işdən azad edilib.

Tələbələr isə onların fikirlərinin təhrif olunduğunu və konteksdən çıxarıldığını bildiriblər.

Telekanalın yaydığı məlumata əsasən, araşdırma nəticəsində belə bir halın olduğunu aşkarlayıb: "Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qebuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əskərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib".