Mirzayev&Partners
    26 Fevral
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Tanınmış hakim təqaüdə göndərildi

Ali Məhkəmənin tanınmış hakimi təqaüdə göndərilib. 

E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Fərhad Əliyev yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. 

Qeyd edək ki, Fərhad Əliyev 16 dekabr 1954-cü ildə Bakı şəhərində anadan olub.

1994-cü ildə Silahlı Qüvvələrin üçüncü il dönümü münasibəti ilə “Şah İsmayıl Xətayi” adına Fəxri Fərmanla təltif olunub. 1997-ci ildə Silahlı Qüvvələrin altıncı il dönümü münasibəti ilə “Şah İsmayıl Xətayi” adına Fəxri Fərmanla təltif  olunub. Qarabağ müharibəsi veteranıdır, Ədliyyə Polkovnikidir. Fərhad Əliyev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1978-ci ildə həmin universiteti bitirib.  İş təcrübəsinə gəlincə, Fərhad Əliyev 1972-1973-cü illərdə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Hərbi Ümumqoşun Komandanlıq məktəbi nəzdində hərbi xidmətdə olub, 1978-1982-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ETMEİ-da krimonologiya, xətt üzrə ekspertiza şöbəsində kiçik elmi işçi, 1982-1991-ci illərdə Aqrarsənaye birliyində arbitraj-hüquq şöbəsində baş hüquq məsləhətçisi, 1991-1992-ci illərdə "RİA" assosasiyasının hüquq şöbəsinin hüquq məsləhətçisi, 1992-1992-ci ilin may ayından iyul ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi işçilərin hüquqlarının qorunması şöbəsində hüquq məsləhətçisi (zabit), 1992-1994-cü illərdə Azərbaycan Respublikası Hərbi Tribunalın hakimi, 1994-2000-ci illərdə Bakı Qarnizonu hərbi tribunalında sədr müavini, 2000-ci ilin iyul ayından hal-hazıradək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.