Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Sumqayıtda mühafizəçilər dəyənəkdən istifadə etdi, polis onları cərimələdi

Sumqayıtda ticarət mərkəzinin mühafizəçiləri dəyənəklərdən qanunsuz olaraq istifadə etdiklərinə görə cərimələniblər.

E-huquq.az xəbər verir ki, “Cavid” Ticarət Mərkəzində fəaliyyət göstərən “Qafqaz” özəl Mühafizə Xidmətinin əməkdaşları qanunsuz olaraq rezin dəyənəklərdən istifadə ediblər.

Buna görə mühafizəçilər Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən inzibati Xətalar Məcəlləsinin 534-cü (Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinə əsasən cərimə edilib.

Mənbə: Report