Mirzayev&Partners
    20 Avqust
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Sumqayıtda mebel sexində baş verən yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərindəki 18-ci mikrorayonda yerləşən mebel sexində baş verən yanğının söndürülməsi barədə məlumat yayıb.

E-huquq.az FHN-in saytına istinadla xəbər verir ki, yanğının baş verməsi barədə nazirliyin 112 – “qaynar” telefon xəttinə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 1000 kvadratmetr olan mebel sexi yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

***19:30

Sumayıtda mebel sexi yanır. 

E-huquq.az FHN-yə istinadən xəbər verir ki, yanğın şəhərin 18-ci mikrorayonda qeydə alınıb. 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.