Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Sumqayıtda fəhlənin qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatdı

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il aprelin 24-də Sumqayıt şəhərində şüşə qablar istehsal edən müəssisələrin birində baş verib. 1988-ci il təvəllüdlü S.Cəfərov 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlunu bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, polislər tərəfindən saxlanılıb.  

Saxlanılan şəxs qətl törədən zamanı əlinə də xəsarət yetirib. O, polisin müşayəti ilə xəstəxanaya gətirilib və onun əlinə tikiş qoyulub.