Mirzayev&Partners
    06 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Sumqayıt Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirildi

Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakı ilə Rəyasət Heyətinin iclası keçirilib.

E-huquq.az-ın xəbərinə görə, iclasda Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış edərək gündəlikdə olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə Sumqayıt Apellyasiya Məhkəməsinin kollegiyalarıda 2019-cu ilin birinci yarısında baxılan işlərə, həmçinin 2019-cu ilin birinci yarısında Ali Məhkəmədə baxılan işlər barədə hesabatların verilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan məhkəmələrdə 2018-ci ildə baxılan yetkinlik yaşına çatmayan şəxslərə cəza təyini təcrübəsinin ümumiləşdirilməsinin müzakirəsi daxil edilib. Cinayət kollegiyasının sədri Vidadi Cəfərovun 2019-cu ilin birinci yarısında cinayət, inzibati xətalar və digər materiallara dair işlər barədə, hərbi kollegiyanın sədri Fərmayıl Zeynallının 2019-cu ilin birinci yarısında baxılan hərbi cinayət işləri barədə, inzibati-iqtisadi kollegiyanın sədri Nazim Nəsibovun 2019-cu ilin birinci yarısında baxılmış inzibati-iqtisadi işlər barədə, mülki kollegiyanın sədri Aqil Abbasovun 2019-cu ilin birinci yarısında baxılan mülki işlər barədə, həmçinin sədrin müavini Nazim Mövsümovun Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan işlərə 2019-cu ilin birinci yarısında Ali Məhkəmədə baxılması vəziyyətinə dair hesabatları dinlənilib. Hesabatlar ərtafında müzakirələr aparılıb.

Daha sonra sədrin müavini Nazim Mövsümov Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan məhkəmələrdə 2018-ci ildə baxılan yetkinlik yaşına çatmayan şəxslərə cəza təyini təcrübəsinin ümumiləşdirilməsi barədə məlumat verib, ümumləşdirmə hakimlərin iştirakı ilə müzakirə edilib. Ümumləşdirmə barədə məhkəmənin yurisdiksiyasında olan birinci instansiya məhkəmələrinə icmal məktubun göndərilməsi qərara alınıb.

Gündəlikdə olan məsələlər Rəyasət Heyətinin üzvlərinin açıq səsvermə yolu ilə qəbul edilib.

Rəyasət Heyətinin iclasını Sumqayıt Apellyasiya Məhkəməsinin sədri S.Bəktaşi yekunlaşdıraraq, hakimlərə işlərə baxılarkən müəyyən edilən pozuntuların və nöqsanların aradan qaldırılması, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini tövsiyə edib və onlara gələcək fəaliyyətlərində, ədalət mühakiməsinin həyata keçirilməsində uğurlar arzulayıb.