Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Son 15 ildə Ədliyyə orqanlarına qulluğa qəbul olanların sayı açıqlandı

Son 15 ildə Ədliyyə orqanlarına qulluğa qəbul olanların sayı məlum olub. 

E-huquq.az xəbərinə görə, Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, layiqli dövlət qulluqçusu kimi formalaşmaları, bilik, bacarıq və potensialından səmərəli istifadə olunmaları istiqamətində məqsədyönlü işlər görülür.

Gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 15 ildə vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində mütəmadi keçirilən müsabiqələr əsasında 2300 nəfərə yaxın gənc qulluğa qəbul olunub və bu gün onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.