Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alındı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə inin qarşısını siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Ford Transit 330", "VAZ-21099" markalı avtomobillər saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaşlar nəqliyyat vasitələrində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində "Çarskaya Zolotaya" yazılan 6 ədəd 1 litrlik, üzərində "Russkiy Standart yazılan 6 ədəd 1 litrlik, üzərində "Novaya Vodka" yazılan 6 ədəd 700 ml.-lik, üzərində "Qomel Veçernıy" yazılan 3 ədəd 700 ml.-lik, üzərində "Çar Vodka" yazılan 1 ədəd 1 litrlik, üzərində "Çarskaya Vodka" yazılan 1 ədəd 1 litrlik və "Baileys Original" yazılan 4 ədəd 1 litrlik spirtli içkilər, üzərində "Qilzı popirosı" yazılan 200 ədəd tütün doldurmaq üçün kağız filtiri və "Marlboro Filter Plus" markalı 2000 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.