Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Sığorta şirkəti ləğv prosesində olan bankı məhkəməyə verdi

“Amrah Sığorta” ASC ləğv prosesində olan “Qafqaz İnkişaf Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sığorta şirkəti ləğv prosesində olan bankın depozit hesabındakı 204 960 ABŞ dolları iddiaçının xeyrinə tutulması barədə tələb irəli sürülüb.

Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edib ki, işə məhkəmədə baxılmalı olmadığından “Amrah Sığorta” ASC-nin iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi qaytarılmalıdır.

Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə “Qafqaz İnkişaf Bank” ASC müflis elan edilib və həmin tarixdən etibarən ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunub.

Qərara əsasən, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilib.